CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə məktəblilərin zəhərlənməsi faktına aydınlıq gətirildi

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şəkidə məktəblilərin səhhətində yaranan problem ilə bağlı aparılan araşdırmaların nəticələri məlum olub

BAKI, 28 noyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin qida zəhərlənməsi şikayəti ilə bağlı apardıqları araşdırmanın nəticəsi məlum olub.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma zamanı agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələr laboratoriya müayinələrindən keçirilib. Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda, məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

Xəbər lenti
0