Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Fransız müğənni Bakıda ehtirasını nümayiş etdirdi

© © Foto K. Coysun şəxsi arxivindəndirMəşhur fransalı müğənni Kelli Coys həyat yoldaşı və qızı ilə Bakıda
Məşhur fransalı müğənni Kelli Coys həyat yoldaşı və qızı ilə Bakıda - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur fransalı müğənni Kelli Coys ailəsi ilə birlikdə Bakıya gəlib

BAKI, 28 noyabr — Sputnik. Məşhur fransalı müğənni Kelli Coys ailəsi ilə birlikdə Bakıya gəlib. O, Azərbaycanın paytaxtında əri ilə ehtiraslı öpüşməyini nümayiş etdirib.

Bu barədə Sputnik Azərbaycan-a müğənninin Fransa səfirliyinin dəstəyi ilə Bakıda keçirilən konsertində iştirak etmiş fotoqraf Nəriman İsmayılov məlumat verib. Coys öz musiqiçiləri ilə birlikdə konsert verib və burada özünün məşhur kompozisiyalarını ifa edib. Bundan sonra o, həyat yoldaşı və balaca qızı ilə fotosessiya edib. Müğənni ərinə olan sevgisini çəkinmədən nümayiş etdirib və ehtiraslı bir şəkildə onun dodaqlarından öpüb.

© © Foto K. Coysun şəxsi arxivindəndirMəşhur fransalı müğənni Kelli Coys həyat yoldaşı və qızı ilə Bakıda
Fransız müğənni Bakıda ehtirasını nümayiş etdirdi - Sputnik Azərbaycan
Məşhur fransalı müğənni Kelli Coys həyat yoldaşı və qızı ilə Bakıda

Kelli Coys ilk dəfə səhnəyə 2001-ci ildə Vivre La Vie hiti ilə düşüb. Bundan dərhal sonra o, Fransa musiqi çartında 16-cı pilləyə yüksəlib. O, müxtəlif janrlarda, xüsusilə də caz musiqisini ifa edir.

Coys ilk dəfə 2015-ci ildə Bakıya gəlib və Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə birlikdə Bakıda keçirilən Birinci Avropa Oyunlarının himnini ifa edib. Həmin himn "Baku Smiles" (Bakımın üzü gülür) adlanır.

Xəbər lenti
0