CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölümlə mübarizə aparan gənc qadının sizə ehtiyacı var...

© © Emilya Əliyevanın şəxsi arxivindənEmilya Əliyeva qızı ilə
Emilya Əliyeva qızı ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Çarəsiz qadın ölümlə mübarizə aparır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Gənc bir qadın bir ildir ki, döş xərçəngi, qaraciyər metastazları və ağciyərin dördüncü mərhələsi ilə mübarizə aparır. 3 yaşlı övladı olan Emiliya Əliyevanın hamının köməyinə ehtiyacı var.

© © Emilya Əliyevanın şəxsi arxivindənEmilya Əliyevanın analiz nəticələri
Ölümlə mübarizə aparan gənc qadının sizə ehtiyacı var... - Sputnik Azərbaycan
Emilya Əliyevanın analiz nəticələri

Emiliya danışır ki, həyat yoldaşı xəstəliyini bildikdən sonra onu tərk edib. Çarəsiz qadın valideynləri və qızı ilə yaşamağa başlayıb.

"Xəstəlik məndə 2015-ci ildən var. Sadəcə, bizim həkimlər diaqnozu düzgün qoymamışdılar. Məndə doğuşdan sonra sağ süd vəzisində şiş yarandı. Çox həkimlərə getdim. Hətta Onkoloji Mərkəzdə oldum. Dedilər "fibroodenomadır", qorxulu deyil. Hormonal dərmanlar yazdılar və şiş daha da böyüdü" – deyə Emiliya danışır.

© © Emilya Əliyevanın şəxsi arxivindənEmilya Əliyeva qızı ilə
Ölümlə mübarizə aparan gənc qadının sizə ehtiyacı var... - Sputnik Azərbaycan
Emilya Əliyeva qızı ilə

Onun sözlərinə görə, 2 il ərzində süd vəzisinin xərçəngi 4 səviyyəyə qalxıb. Ağ və qaraciyərə metastaz verib.

"Artıq döşüm çox şişmişdi. Həkim dedi ki, biopsiya etmək lazımdır. Nəticə aqressiv xərçəng çıxdı. İnanın Allaha, bir həftə ağladım. Çünki bu diaqnozla xəstələr çox yaşamırlar. Sonra qızıma baxıb, ona söz verdim ki, mübariz, güclü olacam" – deyə Emiliya xanım göz yaşları ilə danışır.

© © Foto E.Əliyeva tərəfindən təqdim olunub"MilliÖn" terminalı ilə də ödəniş edilməsi mümkün olan bank hesabı
Ölümlə mübarizə aparan gənc qadının sizə ehtiyacı var... - Sputnik Azərbaycan
"MilliÖn" terminalı ilə də ödəniş edilməsi mümkün olan bank hesabı

Hazırda o, 1 ildir ki, müalicə alır. Və 8 ay ərzində 30 kimyaterapiya proseduru qəbul edib, daxili orqanları zədələnib: "Son 40 gün Bakıda alternativ təbii üsulla müalicə alıram və çox müsbət dinamika var. Süd vəzisində şiş azalır. Sadəcə bu müalicə çox bahadır. 10 günü 3000 dollardır. Son 1 ildə qardaşım mənə haradasa 50 min manat xərcləyib. O da, bu pulu dostlarından borc olaraq alıb. Kimyaterapiya aldığım zamanlarda həkim mənə hər 3 həftədən bir şişə qarşı iynələr satırdı. Bu dərmanın biri 2000 dollar idi. Amma onların heç bir köməyi olmurdu. Əksinə, ürəyimi çox zəiflətdi. İndiki həkimim deyir ki, haradasa 10 kursa şiş tamamilə süd vəzisindən çəkiləcək. 4 kurs keçmişəm, 6 kursum qalıb. Mənim yardıma ehtiyacım var. Qızım üçün yaşamalıyam".

© © Emilya Əliyevanın şəxsi arxivindənEmilya Əliyevanın kart məlumatları
Ölümlə mübarizə aparan gənc qadının sizə ehtiyacı var... - Sputnik Azərbaycan
Emilya Əliyevanın kart məlumatları

Hazırda Emiliya Əliyevanın sizin yardımınıza ehtiyacı var.

Onun bank hesabını diqqətinizə çatdırırıq. Unutmayın ki, sizin edəcəyiniz yardımlar, bir körpə qızı anasız qalmaqdan xilas edə bilər. Bir həyatı qurtara bilər. Siz yardımlarınızı Emiliya xanımın hesab nömrəsinə köçürə və ya birbaşa özünə edə bilərsiniz.

Rekvizitlər Atabank

VÖEN: 9900006651

KOD: 507581

MÜXBİR HESAB: AZ50NABZ01350100000000032944

SWIFT: АТАZАZ22

HESABIN ADI: ALIYEVA EMILIYA MIRZƏMMƏD QİZİ

İBAN: AZ43ATAZ01200173834000741010

050 270 05 01 – Emiliya Əliyeva

Xəbər lenti
0