Airbus, Audi və Italdesign-nın birgə hazırladığı model gələcəkdə ciddi tıxaclar zamanı istifadə edilə biləcək mümkün nəqliyyat vasitəsi kimi nəzərdən keçirilir. Ölçü baxımından əsl modelin yalnız dörddə birini təşkil edən prototip ilk sınaq uçuşunu da həyata keçirib.
Ən son texnologiyalarla təchiz olunmasına baxmayaraq, dronun ictimai istifadəyə buraxılması üçün görüləcək iş hələ çoxdur.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin baş direktoru Patrik Kayın tərəddüd etdiyi məqamlardan biri isə onların həddən artıq səsli olmasıdır.