CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azay Quliyev 2019-cu ildə tətbiq ediləcək yenilikləri açıqladı

Abunə olmaq
Şura sədri bildirib ki, belə geniş təqdimatın keçirilməsinin bir çox vacib və əhəmiyyətli səbəbləri var

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev şuranın yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirib. Sputnik Azərbaycan xəbər verir ki, 450-dən çox QHT və media nümayəndəsinin iştirak etdiyi toplantıda Azay Quliyev ictimai dinləmənin keçirilmə səbəbləri haqda fikirlərini açıqlayıb.

Peşə liseyində tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azay Quliyev: "Bu qanunun qəbul olunmasına ciddi ehtiyac var"

Şura sədri bildirib ki, belə geniş təqdimatın keçirilməsinin bir çox vacib və əhəmiyyətli səbəbləri var. Bunlardan biri, Şuranın gələn ildən etibarən tətbiq edəcəyi yenilikləri təqdim etməkdir. Belə ki, Şuranın həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə hazırladığı proqramlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq təqdim edilib.

İctimai dinləmənin keçirilməsinin ikinci mühüm şərti QHT-lərin hesabatlıq vəziyyətini müzakirə etməkdir. Azay Quliyev xüsusi vurğulayıb ki, Şuranın qəbul etdiyi qərarların QHT-lər tərəfindən daha geniş şəkildə mübahisələndirməsinə imkan yaradılması, QHT-lərin həmin layihələrin vacibliyi, ictimai əhəmiyyəti və effektivliyi barədə fikir və rəylərini öyrənmək və gələcək qərar qəbulu zamanı nəzərə almaqdır. Bu məqsədlə ictimai dinləmə xüsusi önəm daşıyır və QHT təmsilçilərinin fikirləri əhəmiyyətlidir.

İctimai dinləmənin keçirilməsinin üçüncü mühüm şərti Şuranın göstərdiyi xidmətlərin keyfiyyətini müzakirə etməkdir. Bəllidir ki, ilk dəfə tətbiq olunan bu proqram və elektron xidmətlərin həm də böyük ictimai əhəmiyyəti var. "Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi", "Müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti", "QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi", "Konsultativ dəstək üzrə onlayn xidmət", "Apelyasiya komissiyasının iclasında onlayn iştirak" proqram və elektron xidmətləri ilk dəfə tətbiq olunacaqlar. İlk dəfə tətbiq olunan bu elektron xidmət və proqramlar, Şura fəaliyyətində şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında kommunikasiyanı daha rahat və asan edir, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, Şuranın qərar qəbuletmə prosesində vətəndaşların bilavasitə iştirakı, ictimai nəzarət və ictimai iştirakçılığın təmin edilməsini daha da açıq nümayiş etdirir. Burada qeyd olunmalı vacib məqam, yenilik, QHT layihələrinin idarə edilməsi və hesabatların (təsviri və maliyyə) qəbulunun yeni tətbiqlərdən sonra tamamilə elektronlaşdırılması və acıq, vahid baza üzərindən aparılmasıdır.

"Mən istərdim ki, hər 3 məsələ ilə bağlı QHT lərlə müzakirə aparam və onların fikir və rəylərini öyrənim" - deyən Şura sədri Azay Quliyev qeyd edilən yenliklərlə bağlı ətraflı məlumat verib. O, öncə tədbir iştirakçılarının diqqətinə Şurada indiyə qədər mövcud olan elektron xidmətlər haqda fikir bildirib.

Daha sonra Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun cari ildə keçirdiyi müsabiqələr çərçivəsində icra olunan layihələrin hesabatlılıq vəziyyətini təhlil edib.

Daha sonra təqdimatdan sonra tədbir iştirakçıları yeniliklərlə bağlı fikir və rəylərini bildirib, QHT təmsilçilərini maraqlandıran suallar cavablandırıb.

Xəbər lenti
0