Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir həftədə 7 nəfər dərmandan zəhərləndi, dünyasını dəyişən də var

CC0 / jarmoluk / DrugsDərman həbləri, arxiv şəkli
Dərman həbləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Noyabrın 10-unda xəstəxanaya gətirilən Leyla İsmayılova adlı 35 yaşlı qadın dünyasını dəyişib"

BAKI, 28 noyabr — Sputnik. Ötən həftə yeddi nəfər dərmandan zəhərlənib. Sputnik Azərbaycan-a bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

Cərrahi əməliyyat - Sputnik Azərbaycan
SƏHİYYƏ
İsrail alimləri beyin xərçənginə dərman tapıb

A.Maqsudov ötən həftə daxil olan müraciətlər haqda da danışıb: "İki nəfər sirkə turşusundan zəhərlənib. Dərmandan zəhərlənənlər arasında azyaşlı, uşaq olmayıb".

Baş həkim dəm qazından zəhərlənənlərin də sayını açıqlayıb: "Ötən həftə ərzində dəm qazından zəhərlənənlərin sayı 7 nəfər olub. Onların arasında bir azyaşlı da var".

Xatırladaq ki, bir neçə gün öncə Sputnik Azərbaycan-a bir qadının aspirindən zəhərlənərək dünyasını dəyişməsi haqda məlumat daxil olmuşdu. A.Maqsudov bu məlumata da aydınlıq gətirib: "Noyabrın 10-unda xəstəxanaya gətirilən Leyla İsmayılova adlı 35 yaşlı qadın dünyasını dəyişib. Qadın ağır vəziyyətdə xəstəxanaya gətirilib və 1 saatdan sonra dünyasını dəyişib. Daha sonra qadının meyiti morqa aparılıb. Qadın dərmandan dünyasını dəyişib".

Xəbər lenti
0