CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan beynində yeni bölgə kəşf edildi

© Sputnik / Ruslan KrivobokИслледования головного мозга человека, фото из архива
Ислледования головного мозга человека, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Endorestiform hüceyrə" adı verilən bölgənin meymunların beyində də olmadığı müəyyən edilib

BAKI, 27 noyabr — Sputnik. Alimlər insan beynində yeni bir bölgə müəyyən ediblər.

Cərrahi əməliyyat - Sputnik Azərbaycan
SƏHİYYƏ
İsrail alimləri beyin xərçənginə dərman tapıb

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, daha öncə müəyyən edilməyən bu bölgə heyvanlarda yoxdur və insanları heyvanlardan ayıran mühərrik bacarıqları üçün istifadə edilir. Mühərrik bacarıqları dedikdə, yazı yazmaq, musiqi alətində ifa etmək, idman etmək və s. kimi bacarıqlar nəzərdə tutulur.

Professor Georgi Paxinos beyində sözügedən bölgəni 30 ildən artıqdır ki, apardığı araşdırmalar nəticəsində müəyyən edib. Buradakı hüceyrə fəaliyyətini daha öncələr də fərq edən araşdırmaçı yeni yayımladığı kitabında bölgənin xüsusi olduğu mövzusunda nəzəriyyə ortaya qoyub.

"Endorestiform hüceyrə" adı verilən bölgənin meymunların beyində də olmadığı müəyyən edilib. Yeni kəşf edilən bölgə Altsheymer kimi beyin xəstəliklərində yeni müalicə üsulları tapmaq üçün istifadə edilə bilər.

Xəbər lenti
0