CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət büdcəsi ikinci oxunuşda qəbul edildi

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Şərifov onu da vurğulayıb ki, millət vəkilləri tərəfindən səsləndirilən digər təkliflər də hökümət tərəfindən müzakirə ediləcək

BAKI, 27 noyabr - Sputnik. "2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflər müzakirə edilib. Qaldırılan  məsələrin təminatı zamanı həm də makroiqtisadi sabitlik, büdcə dayanıqlılığının təmin edilməsinə baxılıb. Bəzi xərclərə dəyişiklik edilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2019-cu il büdcə layihəsinin ikinci müzakirəsi zamanı deyib.

Maliyyə naziri bildirib ki, irəli sürülən təkliflərin dəyəri 610 milyon manat təşkil edir:

Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklər baş verəcək

“Artımın əsas hissəsi sosial xərclərə yönəlib. Belə ki, məcburi köçükünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Məşğulluq tədbirlərinin keçirilməsi üçün əlavə 80 milyon manat, 2019-2020 ildən başlayaraq dövlət sifarişi təhsil alanların xərcləri və digər təhsil xərcləri üçün 11 milyon manat təhsil xərclərinə əlavə ediləcək, gənclər fondunun xərcləri 2.7 milyon manat artırılacaq ki, bu da 4.4 dəfə  artım deməkdir. Gələn il Azərbaycan Milli Eklmlər Akademiyasına 800 min manat, səhiyyə xərclərinə 4 milyon manat əlavə vəsait ayrılacaq. Milli Məclisin xərcləri 10.1 manat artırılb, suvarılan sahələrin artırılması üçün kənd təsərrüfatı xərcləri 40 milyon manat arıtırılıb. Ümumilikdə  256 milyon manat islahatların həyata keçirilməsi üçün tədbirlərin maliyyələşməsi üçün nəzərdə tutulub. Bələdiyyələrə ayrılan vəsait 500 min manat dəyərində azaldılacaq. Yeni yaradılan və strukturunda dəyişiklik edilən sturukturlar üçün 5.5 milyon manat vəsait ayrılacaq”.

S.Şərifov onu da vurğulayıb ki, millət vəkilləri tərəfindən səsləndirilən digər təkliflər də hökümət tərəfindən müzakirə ediləcək, növbəti illərin büdcəsində əksini tapacaq - “Onu da qeyd edim ki, həmin təkliflərin dəyəri 7 milyon manat təşkil edir ki, bu təklifin qəbul edilməsi hazırkı durumda real deyil”.

Büdcə layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Beləliklə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 mln. manat artaraq 23 168 mln. manat, xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat artaraq 25 mlrd. 190 mln. manat nəzərdə tutulub.

 

Xəbər lenti
0