BAKI, 27 noyabr — Sputnik. Latviyalı rəssam Datse Ştrausanın Qarabağ atlarına həsr olunmuş fərdi sərgisi təşkil olunacaq.
Sərgi bu gündən Finlandiyanın Espoo şəhərində açıq elan olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə açıqlama verən rəssam Datse Ştrausa deyib ki, Qarabağ atları gözəlliyi, xarakteri ilə digərlərindən fərqlənir: "Məhz buna görə də Qarabağ atları məni çox cəlb edib və böyük həvəslə onların rəsmlərini işləyirəm. Çox şadam ki, məhz onların rəsmlərini işləyərək mənim sənətimə dəyər verən insanlara təqdim edirəm".