BAKI, 26 noyabr — Sputnik. Türkiyənin İğdır vilayətində terrorçular sərhəd məntəqəsinə hücum ediblər.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, terrorçular sərhəd məntəqəsinə raket atıb və nəticədə 1 əsgər yaralanıb. Yaralı əsgər xəstəxanaya aparılıb.
PKK terrorçuları sərhəd məntəqəsinə gecə saatlarında hücum edib.
Bölgədən qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.