CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM vacib açıqlama ilə çıxış etdi

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək

BAKI, 26 noyabr — Sputnik. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanları keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 5 və 15 dekabr tarixlərində keçiriləcək.

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİM imtahanın nəticələrini açıqladı

5 dekabr tarixində keçiriləcək imtahan saat 15:00-da, 15 dekabr tarixində keçiriləcək imtahan isə saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 5 dekabr tarixində saat 13:00-da və 15 dekabr tarixində isə saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. "Şəxsi kabinet"də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.

Xəbər lenti
0