CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda azərbaycanlıların maşınına silahlı basqın edilib

© Sputnik / Alexander ImedashviliGürcüstan polisi
Gürcüstan polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Basqınçılar pul və maşının açarını götürərək hadisə yerindən qaçıblar

BAKI, 26 noyabr — Sputnik. Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında taksiyə silahlı basqın olub.

Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri Şəhidlər xiyabanını ziyarət ediblər - Sputnik Azərbaycan
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfər edib

Sputnik Gürcüstan-ın verdiyi xəbərə görə, taksidə Gürcüstana səfər edən Azərbaycan vətəndaşları olub.

Bu gün səhər baş verən insident zamanı cinayətkarlar taksinin yolunu avtomobillə kəsiblər. Onlar maşından çıxaraq taksi sürücüsünü döyməyə başlayıblar. Taksidə olan Azərbaycan vətəndaşlarının da xəsarət aldıqları bildirilir.

Basqınçılar pul və maşının açarını götürərək hadisə yerindən qaçıblar.

Taksi sürücüsünün oğlu Aynur Məmmədovun bildirdiyinə görə, cinayətkarlar BMW maşınında olublar: “Maşından 4-5 nəfər maskalı şəxs çıxdı və qaz silahından atəş açdılar. Maşındakıların hamısı huşunu yarı itirmiş vəziyyətdə olub. Atamı amansızcasına döyüblər. Sərnişinlərə də fiziki güc tətbiq ediblər, lakin onların vəziyyəti elə də ağır deyil”.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı basqın maddəsi ilə cinayət işi açıb. Cinayətkarları 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

Xəbər lenti
0