“ABŞ bağlı Avropa ölkələrindən ordu yaradılması ilə mövqeyini aydınlaşdırmağı tələb edir”. Bunu ABŞ-ın Aİ-dəki daimi nümayəndəsi Qordon Sondlənd bildirib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı gərginlik avroatlantizmə konseptual baxışların toqquşmasıdır:
“Birinci baxış odur ki, vahid ordunun yaranması Avropa ölkələrinin maraqlarına xidmət edəcək. Bu ordunun gələcəkdə hərbi-siyasi formata çevrilməsi Avropanın qüdrətini artıracaq. İkinci konsepsiya Avropa və ABŞ-ın vahidliyi əsasında qurulan konsepsiyadır. Bu konsepsiyada ABŞ-ın dominantlığı var idi. Birinci kosepsiya ABŞ-ın nüfuzunu Avropada azaldır. Ona görə də ABŞ prezidenti Donald Tramp bundan narahatdır. Gələcəkdə Avropa ordusu ideyası möhkəmlənə bilər. Bununla da NATO-nun yenidən transformasiyası haqqında düşünmək olar”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz