SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “ABŞ Çinin super güc ola biləcəyindən narahatdır”

© Photo : Facebook / Rovshan IbrahimovРовшан Ибрагимов
Ровшан Ибрагимов - Sputnik Azərbaycan
Abunə olmaq
Cənubi Koreyanın Hankuk universitetinin dosenti, politoloq Rövşən İbrahimov deyir ki, bu cür savaşlar tək Çinə qarşı deyil, ABŞ-ın digər ticari tərədaşlarına qarşı da baş verib
Rövşən İbrahimov: “ABŞ və Çin arasındakı ticarət savaşı yeni bir şey deyil”

ABŞ bir neçə aydır Çin mallarına tətbiq edilən əlavə vergilərdən 18,4 milyard dollar qazanc əldə edib. “Anadolu” agentliyinin məlumatına görə, bu barədə Avropa İqtisadi və Maliyyə Siyasəti Şəbəkəsinin yaydığı açıqlamada qeyd olunub.

Cənubi Koreyanın Hankuk universitetinin dosenti, politoloq Rövşən İbrahimov Sputnik Azərbaycan-a deyir ki, ABŞ və Çin arasındakı ticarət savaşı yeni bir şey deyil:

“Əvvəllər də bu iki ölkə arasında ticari müharibələr baş verib. Onu da demək lazımdır ki, bu cür savaşlar tək Çinə qarşı deyil, ABŞ-ın digər ticari tərədaşlarına qarşı da baş verib. Zaman-zaman həmin ölkələrin məhsullarına tətbiq olun gömrük rüsumları, vergilər artırılıb. İddia olunur ki, bir müddət sonra Çin ümumdaxili məhsul istehsalının artımına görə ABŞ-ı keçə bilər. Bu Çinin super güc olmasına imkan verəcək. ABŞ bundar narahatdır. Ancaq qeyd etməliyik ki, bu baş verənlər birtərəfli deyil, qarşılıqlı olaraq gerçəkləşdirilir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0