Gürcüstanda Saakaşvilinin əleyhinə kütləvi aksiya keçirilib

© Sputnik / Aleksey VitvitskyMixail Saakaşvili
Mixail Saakaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
 “Nasizmə yox” hərəkatının təşkil etdiyi aksiyaya minlərlə iştirakçı qatılıb

BAKI, 25 noyabr - Sputnik. Tbilisidə Azadlıq meydanında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının əleyhinə kütləvi aksiya keçirilir.

“Report”un verdiyi xəbərə görə, “Nasizmə yox” hərəkatının təşkil etdiyi aksiyaya minlərlə iştirakçı qatılıb.

“Mişaya yox!”, “Milli hərəkatçılara yox!”, “Gürcüstanı qoruyaq!” şüarlarının səsləndirildiyi aksiyaya “Vətənpərvərlər Alyansı” Partiyası da dəstək verib.

Partiyanın liderlərindən biri İrma İnaşvili çıxış edərək aksiya iştirakçılarının ölkənin keçmişə qaytarılmasına etiraz etdiklərini bildirib:

“Biz terrorizm, zorakılıq və kasıblıq dövrünə qayıtmaq istəmirik. Prezident seçkilərinin ikinci turunda biz Salome Zurabişvilini dəstəkləməliyik, çünki ölkənin başqa seçimi yoxdur. Qriqol Vaşadzeni dəstəkləmək keçmişə qayıtmaq deməkdir”.

Kütləvi aksiyaya Rustavi şəhərində eyni şüarlarla yürüş keçirən etirazçılar da qoşulub.

Xəbər lenti
0