Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Evi həşəratlardan təmizləmək üçün vurulan dərman insanları öldürdü

© pixabay / Assekuranz24Tarakan
Tarakan - Sputnik Azərbaycan
Abunə olmaq
Bu olanlardan sonra binada yaşayan hər kəs bir neçə günlük evakuasiya edilib

BAKI, 25 noyabr — Sputnik. Qazaxıstanda dərmandan zəhərlənmə nəticəsində ölüm faktı qeydə alınıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, çoxmərtəbəli binadakı mənzillərdən birində ev sahibi evində tarakanların olmaması üçün dərman vurdurub. Ondan sonra o evdə dərmanın təsiri gedənə kimi başqa yerdə yaşayıb. Bu ərəfədə qonşuluqda olan 1989-cu il təvəllüdlü qadın və onun 2 yaşlı qızının halı pisləşib. Onlar həkimə çatdırılıblar. Öncə hər iksinin hansısa qidadan zəhərləndiyi deyilsə də sonradan məlum olub ki, tarakan dərmanından zəhərləniblər. İki yaşlı uşaq ürək çatışmamazlığından dünyasını dəyişib. Eyni zamanda həkimlər uşağın anasının da həyatını qurtara bilməyiblər. O, da yolda dünyasını dəyişib. Bundan sonra binada yaşayan 6 yaşlı oğlanın və 1993-cü il təvəllüdlü başqa qadının da halı pisləşib və onlar xəstəxanaya aparılıb.

Bu olanlardan sonra binada yaşayanlar bir neçə günlük təxliyyə edilib. Dərmanın təsiri bitənə kimi binaya giriş qadağan edilib, istintaq başlanılıb və dərman vuran şirkətin nümayəndələri istintaqa cəlb olunub.

Xəbər lenti
0