BAKI, 25 noyabr - Sputnik. Bu gün Minskdə “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək.
Sputnik Azərbaycan xəbər verir ki, “Minsk Arenada” keçiriləcək final yarışında 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanı təmsil edən Fidan Hüseynova səhnəyə yeddinci çıxacaq.
“Minsk Arenada” Azərbaycan təmsilçisindən başqa, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Hollandiya, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.
Qeyd edək ki, noyabrın 23-də axşam saatlarından mahnı müsabiqəsinin rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb. Səsvermə müsabiqənin rəsmi açılışına qədər noyabrın 25-də saat 18:00-dək davam edəcək. Final günü sonuncu iştirakçının ifasından sonra səsvermə 15 dəqiqə ərzində yenidən aktivləşəcək. Eyni zamanda 3-5 iştirakçıya səs vermək mümkündür.