BAKI, 25 noyabr - Sputnik. “The Wall Street Journal”ın məlumatına əsasən, ABŞ öz müttəfiqlərindən Çinin “Huawei” şirkətinin məhsullarından, xüsusən də mobil cihazlarından istifadə etməməyi tələb edib.
Buna başlıca səbəb kimi Çin şirkətinin məhsullarında kibertəhlükəsizlik riskinin olması göstərilir.
“Huawei” şirkətində isə ABŞ-ın atdığı bu addıma təəccübləniblər.