Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Baş nazir Azərbaycanın görkəmli rejissoru barədə qərara imza atdı

© Photo : Nazirlər Kabinetinin mətbuat xidmətiBaş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası  - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Rasim Ocaqovun xatirəsi əbədiləşdirilib

BAKI, 24 noyabr - Sputnik. Nazirlər Kabineti kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.

Şəki Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Qeyd edək ki, Rasim Ocaqov məşhur "Tütək səsi" (1975), "Ad günü" (1977), "İstintaq" (1979), "Bağlı qapı" (1981), "Park" (1984), "Özgə ömür" (1987), "Ölsəm, bağışla" (1989), "Qətldən yeddi gün sonra" (1991), "Təhminə" (1993), "Həm ziyarət, həm ticarət" (1995), "Otel otağı" kimi filmlərin rejissorudur. O, eyni zamanda bir sıra ekran əsərlərində operator, bədii rəhbər, ikinci rejissor kimi çalışıb. 

Xəbər lenti
0