Tramp yenə təhdid etdi

© REUTERS / Leah MillisПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu divarı tikmək üçün büdcə ayrılmasa, o zaman hökumətin fəaliyyətini dayandıracağam"

BAKI, 23 noyabr — Sputnik. Ağ Ev rəhbəri Donald Tramp Meksika ilə sərhəddə inşa etməyi planlaşdırdığı divar üçün gərəkli büdcə ayrılmayacağı halda, hökumətin fəaliyyətini dayandıracağını deyib. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp Mərkəzi Amerika ölkələrindən gələn qaçqınların Meksika sərhədindən ABŞ-a daxil olmasını əngəlləmək üçün divarın tikilməsinin zəruriliyindən danışıb.

"Bu divarı tikmək üçün büdcə ayrılmasa, o zaman hökumətin fəaliyyətini dayandıracağam" - deyən Tramp, həmçinin vəziyyətdən asılı olaraq, hətta öldürücü tərzdə zorakılıq tətbiq etməyə icazə verdiyini də bəyan edib.

Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında Honduras, El-Salvador, Qvatemala ölkələrinə yardım etməyi dayandıracağını da vurğulayıb.

Xəbər lenti
0