BAKI, 22 noyabr - Sputnik. "Corc Soros dövlətləri dağıtmaqla məşğuldur".
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, Soros Fondunun rəhbəri Corc Sorosu Türkiyədə 2013-cü ildə keçirilmiş və “Gəzi hərəkatı” adı ilə məşhur olan etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham edib: “Bu hadisələri maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi Soros. Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında ədavət salmağa, dövlətləri dağıtmağa sərf edir”.
Xatırladaq ki, 2013-cü ilin yayında İstanbulun Taksim meydanı yaxınlığındakı Gəzi parkında ağacların kəsilərək yerində ticarət mərkəzinin tikilməsinə etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar baş vermişdi.