BAKI, 22 noyabr — Sputnik. Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhülkəsizlik Şurasının sədri Nikolay Patruşevlə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Təhülkəsizlik Şurası məlumat yayıb.
Məlumata əsasən, görüş zamanı tərəflər iki ölkənin müxtəlif nazirlikləri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərini, həmçinin Xəzər dənizinin hüquqi statusuna dair məsələləri müzakirə edib.
"Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya və Azərbaycanın müxtəlif nazirlikləri və qurumları arasında əməkdaşlıq perspektivləri, terrorizmə qarşı birgə mübarizə, həmçinin Xəzər dənizinin hüquqi statusu məsələsi müzakirə olunub" - deyə məlumatda qeyd edilir.