Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çin ABŞ-ı geri addım atmağa səsləyir

© REUTERS / YURI GRIPASABŞ və Çin bayraqları
ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
"Ümid edirik ki, ABŞ ikitərəfli konstruktiv münasibətlərə zərər vuracaq bu sanksiyaları dayandıracaq"

 

BAKI, 22 noyabr — Sputnik. ABŞ tərəfindən ədalətsiz ticarətdə ittiham edilən rəsmi Pekin "bütün bunlar əsassızdır" deyə bəyan edib. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, rəsmi Pekin iqtisadi müharibənin yaranmaması üçün ABŞ-ı geri addım atmağa, sanksiyaları dayandırmağa səsləyib.

"ABŞ Çini əssasız olaraq ittiham edir. Bu ittihamlar qəbuledilməzdir. Ümid edirik ki, ABŞ ikitərəfli konstruktiv münasibətlərə zərər vuracaq bu sanksiyaları dayandıracaq. Yalnız bununla yarana biləcək iqtisadi müharibənin qarşısını almaq mümkün olacaq" – deyə Çinin maliyyə naziri Qao Fenq açıqlamasında bildirib.

İki ölkə başçısının noyabrın 30-unda Argentinada keçiriləcək G-20-nin toplantısında bir araya gələcəyi və bu məsələləri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ-ın bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsi ilə ümumi dəyəri 50 milyard dollar olan Çin malları üzərində vergi artıb. Çin məhsulları üzərinə qoyulan vergi 10 faizdən 25 faizədək yüksəlib.

Xəbər lenti
0