Danimarkadan Səudiyyə Ərəbistanına zərbə

© AP Photo / Boris GrdanoskiDanimarkanın xarici işlər naziri Anders Samuelsen
Danimarkanın xarici işlər naziri Anders Samuelsen - Sputnik Azərbaycan
Abunə olmaq
Danimarka Yəməndəki vəziyyət və Camal Qaşıqçı cinayətini səbəb göstərərək Səudiyyə Ərəbistanına silah və hərbi avadanlıq satışını dayandırdı

BAKI, 22 noyabr — Sputnik. Danimarkanın xarici işlər naziri Anders Samuelsen Səudiyyə Ərəbistana silah və hərbi avadanlıq satışının dayandırdığını açıqlayıb. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, danimarkalı nazir buna əsas olaraq Yəməndə Səudiyyə Ərəbistanın oynadığı rolu və jurnalist Camal Qaşıqçı cinayətini göstərib.

Xatırladaq ki, 2 oktyabrda Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı ölkə siyasətini kəskin tənqid edən jurnalistlərdən biri olub.

Səudiyyə Ərəbistanın Baş Prokurorluğu Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar bir neçə şəxsin edamını tələb edib.

"Səfirliyə daxil olduqdan sonra Camal Qaşıqçıya öldürücü dozada dərman verilib. Boğularaq öldürülən jurnalistin cəsədi parçalara ayrılıb, torbalara doldurulub. Camal Qaşıqçının cəsədi elə bu şəkildə də səfirlikdən çıxarılıb. Artıq bu işdə birbaşa əli olan şəxslərin kimliyi haqda məlumatlıyıq. Hətta Qaşıqçının cəsədini təslim alan, hətta kameraları bağlayan şəxslərin də görüntülərini əldə etmişik" - deyə Səudiyyə Ərəbistanın Baş Prokurorluğundan bildirilib.

Prokurorluqdan şübhəlilərdən 5-inin edamı tələb olunub.

 

Xəbər lenti
0