Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda şəkərli diabet xəstəsi üzərində mürəkkəb ürək əməliyyatı icra edilib

© © ATU-nun mətbuat xidmətiƏməliyyat
Əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Tibb Universiteti daha bir uğurlu əməliyyata imza atdı

BAKI, 22 noyabr — Sputnik. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 44 yaşlı kişi üzərində mürəkkəb əməliyyat aparılıb. Sputnik Azərbaycan-a Azərbaycan Tibb Universitetindən daxil olan məlumata görə, klinikanın Ürək-damar Cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidovun icra etdiyi əməliyyat uğurlu olub. M. Məcidovun sözlərinə görə, xəstə şəkərli diabetdən əziyyət çəkirmiş:

"Gün ərzində ən azı 2 qutu siqaret çəkən xəstənin son günlər fiziki hərəkət zamanı sinəsində ağrı yaranıb. Dünən anidən başlayan sinə ağrısı ilə klinikamıza müraciət edib. Müayinələr nəticəsində ürəyin işemik xəstəliyi, sol ana koronarın stenozu diaqnozu qoyulub. Saat yarım davam edən əməliyyat zamanı xəstəyə süni qan aparatı qoşuldu. Mürəkkəb də olsa, əməliyyatımız uğurla başa çatdı".

Həkimin sözlərinə görə, bu xəstəlik zamanında aşkarlanmadıqda, fəsadı bilinmədikdə, ani ölümlə nəticələnir. "Bu xəstəlik əsasən 60 və daha yaşlı insanlarda rast gəlinir" - deyə həkim əlavə edib.

 

Xəbər lenti
0