Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 21 noyabr— Sputnik. Ötən gecə Şəki rayonunun Vərəzət kəndində tükürpədici hadisə baş verib. Belə ki, rayon sakini, 2014-cü il təvəllüdlü Mehrab Qasımov babası ilə gedərkən qəfildən yolun hərəkət zolağına çıxıb.
Həmin vaxt "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan Baş Zəyzid kənd sakini Asiman Sədirov azyaşlını vurub. Ağır bədən xəsarətləri almış azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.