Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölkədə yoluxucu xəstəlik iddialarına aydınlıq gətirildi - Təhlükəli oyun imiş...

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidDağ keçisi, arxiv şəkli
Dağ keçisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalar zamanı məlum olub ki, kənd sakinlərinin rastlaşdığı heyvan leşləri, əslində, qanunsuz ov edən şəxslərin oyunudur

İlham Əhmədov, Sputnik Azərbaycan.

BAKI, 20 noyabr — Sputnik. Son zamanlar sosial şəbəkədə Oğuz rayonu ərazisindəki dağlarda yaşayan dağkəli və digər dağ heyvanlarının kütləvi şəkildə, hansısa xəstəlikdən tələf olması ilə bağlı məlumatlar yayılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri yayılan xəbərlərlə bağlı araşdırma aparıb. Məlum olub ki, bu barədə məlumatlar, əsasən, keçən ilin sonlarından başlayaraq, rayonun müxtəlif kəndlərinin sakinləri tərəfindən yayılıb. İddialara görə, rayonun Daşalı və Filfilli kəndlərinin dağlıq hissələrində yaşayan insanlar tərəfindən bu istiqamətdə bir çox çöl heyvanının leşinə rast gəlinib.

© © Foto kənd sakinləri tərəfindən təqdim olunubHeyvan leşi
Ölkədə yoluxucu xəstəlik iddialarına aydınlıq gətirildi - Təhlükəli oyun imiş... - Sputnik Azərbaycan
Heyvan leşi

Oğuz Rayon Baytarlıq İdarəsinin rəisi Şavəddin Ramazanov isə, Sputnik Azərbaycan-a açıqlamasında yayılmış xəbərlərin əsassız olduğunu bildirib: "Yayılmış şayiələr keçən ilin sonlarında olub. Məsələ ilə bağlı dərhal komissiya yaradılıb, komissiya üzvləri dağlara göndərilib. Araşdırmalar zamanı məlum olub ki, kənd sakinlərinin rastlaşdığı heyvan leşləri, əslində, qanunsuz ov edən şəxslərin bir oyunudur".

"Belə ki, ovçular heyvanları ovladıqdan sonra izi itirməyə çalışıblar. Bu məqsədlə də ovlanmış heyvanların dərisini, daxili orqanlarını və digər hissələrini ərazidə saxlayıblar. Məqsədləri isə, heyvanların ovlanaraq yox, guya xəstəlik səbəbi ilə tələf olduğu görüntüsünü yaratmaq olub" – deyə Ş.Ramazanov bildirib.

© © Foto kənd sakinləri tərəfindən təqdim olunubHeyvan leşi
Ölkədə yoluxucu xəstəlik iddialarına aydınlıq gətirildi - Təhlükəli oyun imiş... - Sputnik Azərbaycan
Heyvan leşi

İdarə rəisi onu da vurğulayıb ki, məsələ çox ciddi olduğundan aidiyyatı orqanlara məlumat verilib və qanunsuz ovun qarşısının alınması məqsədilə müəyyən işlər həyata keçirilib.

Yaranmış problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon şöbəsinin rəsmisi Bəhruz Həbibullayevlə də əlaqə saxladıq. O, mütəmadi olaraq dağlarda reydlərin keçirildiyini bildirdi. Qeyd etdi ki, bu reydlər ən çox adları çəkilən kəndlərin, həmçinin digər ərazilərdə də həyata keçirilir.

Xəbər lenti
0