Fermerlərin gözlədiyi xəbər verildi

CC0 / AhmadArdity / PaymentОплата покупки на POS-терминале
Оплата покупки на POS-терминале - Sputnik Azərbaycan
Abunə olmaq
Kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı tutulmayacaq

BAKI, 21 noyabr — Sputnik. Fermer təsərrüfatı sahiblərinə məhsulların dəyəri "Fermer kartı" ilə ödəniləcək. Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumata görə, Dövlət Aqrar Ticarət Şirkətinin təşəbbüsü ilə kiçik və orta fermer təsərrüfatı sahiblərinə "Fermer kartı" veriləcək. 

Barama - Sputnik Azərbaycan
İQTİSADİYYAT
“Fermer onu 40 gün yetişdirib, bir il qazancından bəhrələnə bilər”

Kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı tutulmayacaq. Kart vasitəsilə hər bir fermerə identifikasiya kodu veriləcək, alqı-satqı prosesinin qeydiyyatı aparılacaq. Bunun da nəticəsində fermerlərlə əməkdaşlıqda şəffaflıq təmin olunacaq.

Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan verəcək, eyni zamanda bölgələrdə nağdsız ödənişləri stimullaşdıracaq.

Tərəfdaş bankın bölgələrdə ATM sayının çox olması fermerlərin əlavə vaxt itkisinin qarşısını alacaq. Fermerlər həmçinin, kart dövriyyəsini göstərməklə bank və kredit təşkilatlarının digər xidmətlərindən də rahatlıqla istifadə edə biləcək.

"Fermer kartı"nın ilkin olaraq, "Kənddən Şəhərə" mağazasına təchizatçı qismində üzv olan fermer və sahibkarlara verilməsi nəzərdə tutulub. İlk kartlar Dövlət Aqrar Ticarət Şirkətinin əməkdaşlıq etdiyi Quba rayonu Zərdabi kənd sakini Tahir Cəfərov və Xaçmaz rayonu Yergüc kənd sakini Aydın Əspəndiyevə təqdim edilib.

Xəbər lenti
0