Azərbaycan paytaxtında önəmli protokol imzalandı

© Sputnik / Murad OrujovNazirlərin üçtərəfli görüşü
Nazirlərin üçtərəfli görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Ordu rəhbərlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli formatda görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, görüşün yekunlarına dair protokol imzalanıb. 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə üçtərəfli formatda görüşü - Sputnik Azərbaycan
Bakıda ordu rəhbərlərinin mühüm toplantısı keçirilir

Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib ki, bu görüş üç qardaş ölkə prezidentinin tapşırığı ilə keçirilib: "Görüşdə regionda hərbi-siyasi vəziyyət müzakirə olunub. Görüşün məqsədi üç qardaş dövlətin regiondakı strateji layihlərinə, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verilməsidir".

"Görüşdə işçi qrupun bir neçə illər ərzində gördüyü işlər müzakirə olunub. Bundan əlavə, 2019-cu il üzrə görüləcək işlər təsdiqlənib. Üçtərəfli görüşdə dövlətlərin ərazi bütövlüyü və suverenliyi bir daha təsdiqlənib. Görüş zamanı hərbi, hərbi-təhsil, hərbi-tibb sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair qərar qəbul olunub" - deyə Z.Həsənov vurğulayıb.

Azərbaycan müdafiə naziri, həmçinin bildirib ki, növbəti üçtərəfli görüş Türkiyədə keçiriləcək.

© Sputnik / Murad OrujovMüdafiə naziri, general-polkovnik Zakir Həsənov protokol imzalayarkən
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov protokol imzalayarkən - Sputnik Azərbaycan
1/6
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov protokol imzalayarkən
© Sputnik / Murad OrujovMüdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler - Sputnik Azərbaycan
2/6
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler
© Sputnik / Murad OrujovMüdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia - Sputnik Azərbaycan
3/6
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia
© Sputnik / Murad Orujov Министр обороны Азербайджана, генерал-полковник Закир Гасанов
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan
4/6
Министр обороны Азербайджана, генерал-полковник Закир Гасанов
© Sputnik / Murad OrujovGürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia - Sputnik Azərbaycan
5/6
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia
© Sputnik / Murad OrujovTürkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler
Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler - Sputnik Azərbaycan
6/6
Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler
1/6
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov protokol imzalayarkən
2/6
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler
3/6
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia
4/6
Министр обороны Азербайджана, генерал-полковник Закир Гасанов
5/6
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia
6/6
Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia bildirib ki, üçtərəfli əməkdaşlıq olduqca əhəmiyyətlidir və regionun təhlükəsizliyinə cavab verir: "Biz təhsil, idman sahələrində də əməkdaşlıq etmək istəyirik. Regionda təhdidlərin artması müşahidə olunur. Biz səylərimizi birləşdirərək belə təhdidlərin öhdəsindən gələ bilərik".

"Mən ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə və böhran vəziyyətlərində bizə göstərdiyi yardıma görə Azərbaycan və Türkiyə tərəfinə təşəkkür edirəm" - Çaçibai əlavə edib.

Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin sözlərinə görə, görüş zamanı regiondakı vəziyyətə dair fikir mübadiləsi aparılıb: "Həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə hər üç ölkənin mövqeyinin, demək olar ki, yaxın olduğunu gördük. Hər üç ölkənin Silahlı Qüvvələrinin rəhbərləri bir daha ölkələrin suverenliyi və ərazi bütövlüklərinə sadiqliklərini təsdiqlədilər. Növbəti il bu istiqamətdə müzakirələrimiz Türkiyədə keçiriləcək".

Xəbər lenti
0