BAKI, 21 noyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi elmi-tədqiqat institutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumata görə, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu direktoru vəzifəsinə vakansiya elan edilib. Nazirlik həmçinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna direktor vəzifəsinə də vakansiya elan edib.
Qeyd edək ki, müsahibələrin şərtləri nazirliyin rəsmi saytının "Elanlar" bölümünə yerləşdirilib.