BAKI, 21 noyabr — Sputnik. Avropa ölkələrinin əhalisinin 25%-dən çox populist partiyaların nümayəndələrini dəstəkləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "The Guardian" nəşrinin təşəbbüsü ilə keçirilən araşdırmanın nəticələri göstərir.
Qeyd olunur ki, avropalılar arasında populistlərin dəstəyi son 20 ildə üç dəfədən çox artıb. Belə ki, 1998-ci ildə onları Avropa sakinlərinin cəmi 7%-i dəstəkləyirdi.
Araşdırmalara əsasən ən ox populistlər Bolqarıstan, Polşa, Çexiya, Macarıstan və İtaliya Nazirlər Kabinetində yer alıb.
Araşdırmalar "The Guardian" nəşri ilə birgə 30-dan çox aparıcı siyasi ekspertlərlə birgə aparılıb. Bu siyasi ekspertlər Avropa İttifaqına üzv 28 ölkədə keçirilən milli seçkilərdə populist partiyaların uğurlarını analiz ediblər.