Dövlət qurumuna yeni təyinat olub

Abunə olmaq
Vəzifəyə telejurnalist Aysel Fərziyeva gətirilib

BAKI, 20 noyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini - ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyinat olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə telejurnalist Aysel Fərziyeva gətirilib.

Qeyd edək ki, Aysel Fərziyeva bundan əvvəl “Azad Azərbaycan Müstəqil Teleradio Şirkətində “ATV Xəbər”, “ATV İqtisadiyyat”, “Made in Azerbaijan” verilişlərinin aparıcısı olub.

Xəbər lenti
0