Eks-prezident və xanımı "havadan" pul qazanırlar

© AFP 2024 / SAUL LOEBBarak və Mişel Obama
Barak və Mişel Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Mişel hər çıxışına görə 225 min, Barak isə 400 min dollar qonorar alır

BAKI, 20 noyabr — Sputnik. ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın sərvəti 135 milyon dolları keçib. Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, onlar bu qazancı universitetlərdəki mühazirələrinə görə ödənilən qonorar və kitablarının satışı hesabına əldə ediblər.

Bu yaxınlarda Mişel Obamanın "Becoming" adlı kitabı satışa çıxarılıb. Bu, onların sərvətlərinin artırılmasında xüsusi rol oynayıb.

Bundan başqa, Mişel Obama hər çıxışına görə 225 min dollar, keçmiş prezident isə 400 min dollar qonorar alır.

Xəbər lenti
0