BAKI, 20 noyabr — Sputnik. Məhkəmə Birləşmiş Ştatlar prezidenti Donald Trampın qeyri-leqal miqrantlara siyasi sığınacağın verilməsini məhdudlaşdıran sərəncamının icrasını müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Qeyd olunur ki, belə bir qərarı San-Fransisko dairəsinin məhkəməsi qəbul edib.
Hələlik, Trampın sərəncamının icrasının nə vaxta qədər dayandırılması barədə məlumat verilmir.
Daha əvvəl vətəndaş azadlıqlarının qorunması üzrə ABŞ Birliyi Trampın bu sərəncamına qarşı məhkəmədə iddia qaldırmışdı.