Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan mədəniyyətinə ağır itki üz verib

© Sputnik / Murad Orujov"Savalan" qrupun üzvü Novruz Novruzlu
Savalan qrupun üzvü Novruz Novruzlu  - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib

BAKI, 20 noyabr - Sputnik. Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Sputnik Azərbaycan xəbər verir ki, "Savalan" qrupunun bədii rəhbəri və solisti, ilahi mahnıların mahir ifaçısı Novruz Novruzlu bu gün səhər saatlarında vəfat edib.

İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib. 

Savalan qrupun üzvü Novruz Novruzlu - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlahi musiqilər ifaçısı: "Bizim qrupda pul yoxdur"

Xatırldaq ki, Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. İnstitutu bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib.

Novruz Novruzlu, həmçinin Akademik Opera və Balet Teatrının solisti olub. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu daha ciddi işlərlə məşğul olmağı qərara alıb və beləliklə "Savalan" qrupu yaradılıb.

Allah rəhmət eləsin!

Xəbər lenti
0