Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 19 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (ƏƏSMN DSMF) Bərdə şöbəsində kadr dəyişikliyi olub. Belə ki, DSMF Bərdə rayon şöbəsinin müdiri Raquf Məmtiyev tutduğu vəzifədən azad edilib.
Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə həmin şöbədən məlumat verilib. Digər əmrlə həmin vəzifəyə Bərdə rayon sakini Vidadi Kərimov təyin olunub.
Qeyd edək ki, Vidadi Kərimov əvvəllər Vergilər Nazirliyinin Bərdə rayon şöbəsinin müdiri olub.