BAKI, 19 noyabr — Sputnik. Bu gün Minskdə Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev arasında görüş baş tutacaq. Sputnik Azərbaycan "Belta.by"-a istinadən xəbər verir ki, danışıqlar Müstəqillik Sarayında baş tutacaq.
Məlumata əsasən, ölkə başçıları Belarus ilə Azərbaycan arasında cari əlaqələri, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Görüşdə, xüsusilə diqqət ticari-iqtisadi və investisiya əməkdaşlığına, o cümlədən birgə layihələrin reallaşdırılmasına yönəldiləcək.
Rəsmi danışıqlar həm təkbətək, həm də geniş tərkibli formatda keçiriləcək.
Prezidentlər, həmçinin nəqliyyat-logistika, səhiyyə, təhsil, informasiya-kommunikasiya texnologiyaları, idman, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklər.