Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Avtoş Cabir - 012"ni səhvən öldürüblər

© Sputnik / Leyla AbdullayevaPolis maşını hadisə yerində
Polis maşını hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Qatil qardaşını söyən şəxsi nişan alsa da, güllə başqasına dəyib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 19 noyabr — Sputnik. Ötən şənbə günü Bakıda odlu silahla qətl törədilib. Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Bakının Şüvəlan qəsəbəsində ov tüfəngindən açılan atəş nəticəsində 1992-ci il təvəllüdlü Babayev Cabir Yaşar oğlu öldürülüb. Qətl Babayevin ortağı - Şərifov Vüqar Bəxtiyar oğlu tərəfindən törədilib. Sonuncu şəxs qətli törətdiyini polisə etiraf edib. 

Охотничье ружье, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Qısqanclıq zəminində daha bir qətl: Kürdəmir sakini qonşusunu güllələdi

Babayev bud hissəsindən yaralanıb. Güllə onun arteriyasını zədələyib. Cavan oğlan həddindan artıq çox qan itirməsi səbəbindən ölüb. O da məlum olub ki, Babayevin ölümünə ehtiyatsızlıq səbəb olub. Şərifov daha əvvəl qardaşını təhqir edən digər şəxsi nişan alıb. Lakin güllə səhvən Babayevə dəyib.

Məlumata görə, Babayevə avtoxuliqanlıqla bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin onun yollarda avtomobillə xuliqanlıq etməyə böyük ehtirası olub. Bu səbəbdən də onu "avtoş Cabir - 012" çağırırmışlar.

Hazırda faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0