Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sevda Yəhyayeva: "Heç kəs mənə kömək etdiyini deyə bilməz"

© Sputnik / Murad OrujovMüğənni Sevda Yəhyayeva
Müğənni Sevda Yəhyayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni: Onların mənə kömək etməyə pulları olmayıb, qardaşım isə həmişə mənə gülüb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 19 noyabr — Sputnik. Məşhur azərbaycanlı müğənni Sevda Yəhyayeva yeni layihəyə start verib. Müğənni özü və bu layihəsi barədə Sputnik Azərbaycan-a müsahibəsində ətraflı bəhs edib.

- Sevda xanım, hazırda hansı layihə üzərində işləyirsiz?

- Bu günlərdə "Ağlarsan" mahnıma çəkilən klip təqdim edildi. Çarxın ideyası rəfiqəm Samirə Xasməmmədovaya aiddir. Mən ondan mahnıma qeyri-adi klip çəkməyə kömək istəmişdim, baxmayaraq ki, o, hazırda tamam başqa işlə məşğul olur. Rəfiqəmin zövqünə çox güvənirəm, ona görə də, klipin çəkilişini ona həvalə etdim. Əvvəllər də Samirə ilə dəfələrlə əməkdaşlıq etmişəm. O, mənim "Yalan" və "Unut" adlı mahnılarıma klip çəkib. Çəkilişlər zamanı komanda üzvlərini hər gün zəng edərək bezdirmişdim. Çünki iş yarıdan keçmişdi və mən qorxurdum ki, klipi çəkib bitirə bilməyəcəyik. Hətta Samirə klipi çəkməyi boynuna götürdüyünə görə, peşman olmuşdu. İndi mən başqa rejissor axtarmaq məcburiyyətindəyəm.

© Sputnik / Murad OrujovMüğənni Sevda Yəhyayeva
Sevda Yəhyayeva: Heç kəs mənə kömək etdiyini deyə bilməz - Sputnik Azərbaycan
Müğənni Sevda Yəhyayeva

- Heç kəsə sirr deyil ki, sizin klipə çəkilməyi oradakı tərəf müqabiliniz kimi çıxış edən model Əli Hüseynova populyarlıq qazandırıb...

- Ümumiyyətlə, mənimlə birgə işdən sonra çox adam karyeraca yüksəlir və buna görə çox şadam. Mənə çatan məlumata görə, Əli klipimdə çəkiləndən sonra ona ərəb şeyxinin qızı əlini uzadıb və ürəyini verib. Amma düşünürəm ki, bu, təkcə mənə görə deyil, həm də onun gözəl gözlərinə görədir (gülür). Bundan əvvəl isə mənim kliplərimdə iki dəfə futbolçu Ruslan Abışov çəkilib. Hər iki layihə ona uğur qazandırıb. Biz indiyə qədər də onunla dostluq münasibətlərimizi qoruyub saxlayırıq. Mən şadam ki, həmişə istedadlı insanlarla işləyirəm.

- Son zamanlar sizin həmkarlarınız bir-birinin ardınca kliplərini təqdim edirlər. Onların işini necə qiymətləndirirsiz?

- Düzünü desəm, onların kliplərinə baxmamışam, mənim sadəcə vaxtım yoxdur. Ən çox xoşuma Faiq Ağayevin, Nura Surinin, Aygün Kazımovanın və Rauf Əhmədovun klipləri gəlib. Onların hamısı qeyri-standartdır. Mən özüm də həmişə yenilikləri sevirəm.

© Sputnik / Murad OrujovMüğənni Sevda Yəhyayeva
Sevda Yəhyayeva: Heç kəs mənə kömək etdiyini deyə bilməz - Sputnik Azərbaycan
Müğənni Sevda Yəhyayeva

 

- Siz şou-biznesdəki bugünkü yerinizdən razısız?

- Bu gün bəli, amma gələcəkdə daha böyük yerləri əldə etmək istəyirəm. Düşünürəm ki, bu, məndə alınacaq, öz potensialıma əminəm. Mən hər şeyi öz zəhmətimlə əldə etmişəm. Ona görə də heç kəs mənə kömək etdiyini deyə bilməz. Mən başqalarının işinə qarışmıram, kiməsə quyu qazmıram, sadəcə yaradıcılıqla məşğulam.

- Bugünkü Sevda Yəhyayeva olmaq üçün siz çoxlu çətinliklərdən keçməli olmusuz. Həyatınızda peşman olduğunuz səhvlər buraxmısız?

- Yox. Səhvlərimin olduğunu inkar etmirəm, lakin onlara görə peşman deyiləm. Deməli, elə belə də olmalıymış. Bu, mənim arzumla olan deyil. Mən o adamlardanam ki, öz səhvlərindən dərs almağı bacarır və onları bir daha təkrar etməməyə çalışır.

© Sputnik / Murad OrujovMüğənni Sevda Yəhyayeva
Sevda Yəhyayeva: Heç kəs mənə kömək etdiyini deyə bilməz - Sputnik Azərbaycan
Müğənni Sevda Yəhyayeva

 

- Öz keçmişinizi tez-tez xatırlayırsız?

- Bəli, mən kasib ailədə böyümüşəm. Uşaqlıqdan müğənni olmağı arzulamışam. Valideynlərim məni həmişə dəstəkləyiblər. Amma onların mənə kömək etməyə pulları olmayıb. Qardaşım həmişə mənə gülüb. O, mənim nə zamansa populyar müğənni olacağıma inanmayıb. Mənsə qarşıma məqsəd qoymuşam və onlara çatmaq üçün mübarizə aparmışam.

- Son zamanlar şou-biznesdəki müğənnilər arasında böyük rəqabət yaranıb. Bu nə ilə bağlıdır?

© Sputnik / Murad OrujovMüğənni Sevda Yəhyayeva
Sevda Yəhyayeva: Heç kəs mənə kömək etdiyini deyə bilməz - Sputnik Azərbaycan
Müğənni Sevda Yəhyayeva

 

- Düzünü desəm, düşünmürəm ki, bizim aramızda ümumiyyətlə rəqabət var. Mən bunu görmürəm. Düşünürəm ki, bütün ifaçılar Azərbaycanda ilk musiqi kanalının açılmasından ilhamlanıblar. Bu, məni də çox sevindirib. Hamının tez-tez klip çəkdirmək arzusu yaranıb.

- Sizin yaradıcılığınızın başından bəri, utancaq qız görünüşünüz heç dəyişmir. Bunun səbəbi nədir?

- Əgər mən dəyişməyə başlasam, onda özüm olmayacağam. Bu, mənim xarakterimdir. Heç mən də utancaq olmaq istəməzdim, amma belə doğulmuşam. Düşünürəm ki, bu, mənə karyeramda maneçilik törətmir, əksinə, hətta yardım edir.

© Sputnik / Murad OrujovMüğənni Sevda Yəhyayeva
Sevda Yəhyayeva: Heç kəs mənə kömək etdiyini deyə bilməz - Sputnik Azərbaycan
Müğənni Sevda Yəhyayeva

- Cəsarətli fotosessiyalara münasibətiniz necədir?

- Tamamilə normal. Əsas odur ki, layihə maraqlı olsun, bayağı deyil.

- Müsahibələrinizin birində demişdiz ki, artıq özünüzü ailə qurmağa hazır hesab edirsiz. Şəxsi həyatınızda bir dəyişiklik varmı?

- Bu barədə danışmaq istəmirəm. Mən öz şəxsi həyatımla bağlı suallara toxunmamaq qərarına gəlmişəm. Əgər nə zamansa bununla bağlı dəyişiklik olsa, hamı biləcək.

Xəbər lenti
0