Qadının mədəsindən inanılmaz şeylər çıxdı

© © Foto: Ahmadabad's Civil HospitalRentgen şəkli
Rentgen  şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının mədəsindən mis üzük, saç sancağı və digər əşyalar aşkarla

BAKI, 17 noyabr — Sputnik. Hindistanda bir qadın həkimləri mat qoyub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlər onun mədəsində yarım kiloya yaxın həzm olmayan əşyalar aşkarlayıblar. Bunların içində qoz qabığı, dəmir bolt və digər əşyalar olub.

Sangita adlı qadın mədəsində kəskin ağrı olduğu üçün həkimə müraciət edib. Nitin Parmar adlı həkim xəstəni müayinə edən zaman qeyri-adi halla qarşılaşıb. 40 yaşlarında olan qadın rentgenlə müayinə edilən zaman qarnında mis üzük, saç sancağı, dəmir bolt, qoz qabığı və digər əşyalar aşkarlanıb.

Həkim xəstəni dərhal əməliyyat edib. Hazırda xəstənin vəziyyəti normaldır.

Həkimlər iddia edir ki, qadın çox az rast gəlinən psixoloji xəstəlikdən əziyyət çəkir. O, qeyri-ixtiyari olaraq həzm olmayan və insan sağlamlığı üçün təhlükəli əşyaları udur.

Xəbər lenti
0