İnsan cəsədindən gübrə kimi istifadə ediləcək

Abunə olmaq
Torpağa basdırılmaq istəməyənlər üçün yeni üsullardan istifadə ediləcək

BAKI, 17 noyabr — Sputnik. Brüssel Əyalət Parlamenti cənazə xidmətləri ilə bağlı qanunda dəyişiklik edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, artıq ölənləri taxta tabutda dəfn etməyəcəklər. Yeni qanuna görə, artıq bəzi şəxslərin cəsədi xüsusi parça və ya kartona salınaraq dəfn ediləcək.

Yeni qanun bununla bitmir. Belə ki, torpağa basdırılmaq istəməyənlər üçün yeni üsullarda istifadə ediləcək. Bunlardan biri də cəsədlərin kənd təsərrüfatı sahəsində istifadə edilməsidir. Belə ki, cəsədlər kəsilmiş ağacların içindən əldə edilən mikroorqanizmlər vasitəsilə 12 ay müddətində gübrəyə çevriləcək və torpağa veriləcək.

Basdırılmaq istəməyənlər üçün isə başqa bir üsul cəsədin əridilməsi olacaq. Belə ki, ölən şəxsin bədəni 96 dərəcədə xüsusi maddədə 4 saat müddətində tamamilə yox ediləcək.

Əsas məqsəd ölkədə məzarlıq çatışmazlığı problemini aradan qaldırmaqdır.

Xəbər lenti
0