Sərnişin avtobusu dərəyə aşıb, azı 12 nəfər ölüb

© AFP 2023 / Manjunath KIRANHindistanda xəstəxana, arxiv şəkli
Hindistanda xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralılar xəstəxanaya çatdırılıb

BAKI, 18 noyabr - Sputnik. Hindistanın Uttarakxand ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 12 nəfər ölüb, 13 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə Uttarkaşi rayonunda baş verib. Qəza nəticəsində 10 nəfər hadisə yerində, 2 nəfər isə xəstaxanada keçinib. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Xəbər lenti
0