BAKI, 18 noyabr - Sputnik. Bakının Yasamal rayonunda mənzildə cəsəd aşkarlanıb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Hacıbəyov Saleh Məmmədrza oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.