Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Təhməzli: “Azərbaycanın meyvə və tərəvəz sahəsində ixrac potensialı artıb”

© Sputnik / Murad OrujovПредседатель агентства продовольственной безопасности Гошгар Тахмазли
Председатель агентства продовольственной безопасности Гошгар Тахмазли - Sputnik Azərbaycan
Abunə olmaq
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyir ki, son 4 ay ərzində müsbət tarixçəsi olan meyvə-tərəvəz ixrac edənlərə də asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq
Qoşqar Təhməzli: “Azərbaycanda asan ixrac mexanizmi tədbiq olunacaq”

“Ötən 4 ay ərzində Azərbaycanın meyvə və tərəvəz sahəsində ixrac potensialı 20 faizə yaxın artıb. Keçən ilin müvafiq dövründə meyvə və tərəvəz məhsullarının tərkibindəki göstəricilərə görə 81 nəqliyyat vasitəsi geri qaytarılmışdısa, bu ilin müvafiq dövründə onların sayı 36-ya enib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O qeyd edib ki, qida məhsulları idxal edən şirkətlərlə yanaşı, son 4 ay ərzində müsbət tarixçəsi olan meyvə-tərəvəz ixrac edənlərə də asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq:

“İxracatçılara da bəyan etdik ki, fəaliyyətləri zamanı ölkədən məhsul ixrac edərkən kimin məhsulun içərisində keyfiyyət göstəricisi beynəlxalq standartlara uyğun olubsa, onlara asan ixrac mexanizmi tədbiq olunacaq. Onların məhsulları daha sadələşdirilmiş formada ekspertizalara cəlb olunacaq. Bu da iş adamlarının məhsularını daha çevik ixrac etməklərinə səbəb olacaq. Azərbaycanın fındıq məhsullarını daşıyan bir dənə də nəqliyyat vasitəsi Avropa ölkələrindən geri qaytarılmayıb. Hazırda Almaniyada bir nəqliyyat vasitəmiz ekspertizaya cəlb olunub. O da geri qayıtmayıb. Bu da keçən illərə nisbətən daha müsbət yöndə olan dəyişiklikdir”.

Qoşqar Təhməzlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0