ABŞ kəşfiyyatı Qaşıqçının qatilini “tapdı”

© Photo : Xədicə Cengizin şəxsi arxivindənCamal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə
Camal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqtonda yerləşən səfilik isə MKİ-nin bu iddiası ilə razılaşmır

BAKI, 17 noyabr — Sputnik. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanı şahzadəsinin əmri ilə öldürüldüyünə inanır. Sputnik Azərbaycan-ın “Reuters”ə istinadən xəbərinə görə, artıq bununla bağlı hökumətin digər orqanlarına da məlumat verilib.

Bir neçə gün öncə rəsmi Ankara da bu ölüm hadisəsinin sui-qəsd olduğunu açıqlamışdı. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hətta Səudiyyə Ərəbistanı bu cinayəti ört-basdır etməkdə təqsirləndirmişdi.

Vaşinqtonda yerləşən Səudiyyə Ərəbistanının səfirliyi isə MKİ-nin son açıqlaması ilə razılaşmayıb. Səfirlikdən bunların yalan olduğu bildirilib.

Xəbər lenti
0