CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerişə baxıb ölümün vaxtını təyin etmək olar

CC0 / Free-Photos / People Yeriyən insanlar
Yeriyən insanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər insan asta-asta gəzməyə başlayırsa, bu onun sağlamlığında ciddi təhlükənin olmasından xəbər verir

BAKI, 15 noyabr — Sputnik. Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən edib ki, insanın yol gedişinə baxaraq nə zaman öləcəyini müəyyən etmək mümkündür.

Kaliforniyada meşə yanğınlarınını fəsadları - Sputnik Azərbaycan
"Ölüm zonası"ndan yeni xəbər gəldi

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaçıların fikrincə, insanın yerişinin sürətli olması onun sağlamlığının xəbərçisidir. Bu göstərici ilə insanlarda ürək-damar xəstəlikləri riski və mərkəzi sinir sisteminin pozuntusunu müəyyən etmək mümkündür.

Bundan başqa, kardiocərrahlar hesab edir ki, bunu ürək əməliyyatı keçirmə fonunda fəsadlar yaşamış xəstələrin müəyyən edilməsində də istifadə etmək olar.

Ekspertlər hesab edir ki, addımların sürətli olması xəstəliklərin inkişafı və erkən ölüm hallarını azaltmır. Sürət sadəcə insanın bioloji yaşını müəyyən edir.

Əgər insan asta-asta gəzməyə başlayırsa, bu onun sağlamlığında ciddi təhlükənin olmasından xəbər verir.

Xəbər lenti
0