BAKI, 16 noyabr — Sputnik. Şimali Koreya bu ilin oktyabr ayında saxlanılan amerikalıların deportasiya edilməsi haqda qərar qəbul edib. Sputnik Azərbayan ingilis mediasına istinadən xəbər verir ki, Şimali Koreya hökuməti qeyri-qanuni yolla ölkəsinə keçən amerikalıları deportasiya edəcək.
Bu haqda ilk məlumatı Şimali Koreyanın yeni informasiya agentliyi olan KCNA yayıb. Məlumatda Amerika vətəndaşlarının bu ölkəyə Çindən keçdiyi qeyd olunur.
Agentliyin informasiyasına görə, artıq bir aydır ki, saxlanılan bu vətəndaşlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olublar.
Yayılan xəbərdə əsir saxlanılanların da MKİ ilə əlbir olduqlarını etiraf etdikləri qeyd olunub.