BAKI, 16 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Bir avronun məzənnəsi 0,04% azalaraq 1,9267 manat, Rusiya rublunun məzənnəsi isə 1,58% artaraq 0,0258 manat təşkil edib.
Sputnik Azərbaycan xəbər verir ki, 1 Türkiyə lirəsi 0,3163 manata yüksəlib. 100 İran rialı 0.0040, 1 Gürcüstan larisi 0.6343 manat olub.
Qeyd edək ki, Mərkəzi Bankının dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, 1 ABŞ dollarının məzənnəsi 1,7000 manata, 1 avronun məzənnəsi 1.9274 manata, 1 rublun məzənnə 0,0254 manata, 1 Türkiyə lirəsinin məzənnəsi isə 0,3112 manata bərabər idi.