CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə - mətbuat münasibətləri müzakirə olunub

© Sputnik / Irade JELILKütləvi informasiya vasitələri rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayev və məhkəmə heyəti ilə görüşü
Kütləvi informasiya vasitələri rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayev və məhkəmə heyəti ilə görüşü  - Sputnik Azərbaycan
Abunə olmaq
Ali Məhkəmədə KİV rəhbərlərinin iştirakı ilə görüş keçirilib

BAKI, 16 noyabr — Sputnik. Bu gün Azərbaycan Respublikasının Ali Məhkəməsində kütləvi informasiya vasitələri rəhbərlərinin bu məhkəmənin sədri Ramiz Rzayev və məhkəmə heyəti ilə görüşü keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, görüş Mətbuat Şurasının (MŞ) və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə baş tutub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkəmizdə məhkəmə sahəsində görülmüş işlər barədə geniş mlumat verib. O, məhkəmə orqanlarının KİV-lərlə qarşılıqlı əməkdaşlığının ölkəmizdəki və beynəlxalq təcrübədəki müxtəlif məqamlarından söz açıb, problemli tərəflərə toxunub.

© Sputnik / Irade JELILKütləvi informasiya vasitələri rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayev və məhkəmə heyəti ilə görüşü
Məhkəmə - mətbuat münasibətləri müzakirə olunub - Sputnik Azərbaycan
Kütləvi informasiya vasitələri rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayev və məhkəmə heyəti ilə görüşü

Ali Məhkəmə sədrinin Azərbaycanda hakimlərin statistikası, eləcə də onların il ərzində gördüyü işlərə, apardıqları məhkəmə prosesləri ilə bağlı məlumatı maraqla qarşılanıb. R.Rzayev, həmçinin KİV rəhbərlərinin müxtəlif məsələlərlə əlaqədar suallarını cavablandırıb.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov jurnalistlərin ixtisaslaşması ilə bağlı məsələlərin hər zaman aktual olduğunu bildirib. Ə.Amaşov çıxışında KİV təmsilçilərinin hüquqi biliklərinin dərinləşməsinin vacibliyindən danışıb. MŞ sədri eyni zamanda məhkəmə-media müstəvisində meydana çıxan problemlərin xarakterik cəhətlərindən söz açıb, məhkəmə-media əlaqələrinin cəmiyyətin mənafeyi baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

© Sputnik / Irade JELILKütləvi informasiya vasitələri rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayev və məhkəmə heyəti ilə görüşü
Məhkəmə - mətbuat münasibətləri müzakirə olunub - Sputnik Azərbaycan
Kütləvi informasiya vasitələri rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayev və məhkəmə heyəti ilə görüşü

Görüşdə çıxış edənlərdən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, MŞ İdarə Heyətinin üzvləri - Azər Həsrət, "Teleqraf holdinq"in rəhbəri Aynur Camalqızı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Çingiz Qənizadə, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, həmçinin KİV rəhbərlərindən - "Real" TV-nin rəhbəri Mirşahin Ağayev, "Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan, "Olaylar" qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev və başqaları jurnalistlərin hüquqi biliklərinin, o cümlədən məhkəmələrin fəaliyyəti ilə bağlı biliklərinin artırılmasına ehtiyacın duyulduğunu vurğulayıblar və bu prosesdə Ali Məhkəmənin də təşəbbüskar kimi çıxış etməsinin faydalı tərəflərini diqqətə çatdırıblar.

Görüşdə eyni zamanda məhkəmə-media münasibətlərinin müasir reallaqlara söykənməsinin, cəmiyyətdə məhkəmə hakimiyyətinə və mediaya etimad və inamın dərinləşməsinin vacibliyinə dair və digər istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0