CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakı Metropoliteni" işçi axtarır

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiİlham Əliyev “Bakı Metropoliteni”nin “Sahil” stansiyasında görülən işlərlə tanış olub
İlham Əliyev “Bakı Metropoliteni”nin “Sahil” stansiyasında görülən işlərlə tanış olub - Sputnik Azərbaycan
Abunə olmaq
İddiaçılar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar

BAKI, 16 noyabr — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti Sağlamlıq, əməyəin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.

"Bakı Metropoliteni" QSC-nin n mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciət etmək istəyən iddiaçılardan aşağıdakılar tələb olunur: 

Təhsil/ Təcrübə

• Ali təhsil (tələb olunan sahə üzrə);

• Yaş: 25-45;

• 3 ildən yuxarı iş təcrübəsi;

• Hərbi mükəlləfiyyətli;

• Rus və ingilis dilini sənədləşmə səviyyəsində bilməli;

• "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində bilməli;

• İstehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarını tələblərə əsasən idarə olunmasını bilməli;

• dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Metropolitenin deposu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu metro stansiyasında məhdudiyyət müvəqqəti götürülür

Vəzifə öhdəlikləri:

• Ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;

• Təhqiqat və monitorinqlərin aparılması;

• İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;

• Həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması;

• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;

• Mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi;

• Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması

• Qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi.

İş rejimi: 09:00-18:00

İddiaçılar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Xəbər lenti
0